Homeaz | en | ru

“Şərq İntibahının zirvəsi - Nizami“ adlı dəyirmi masa keçirilib

31/05/2021
31.05.2021-ci il tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Şərq İntibahının zirvəsi - Nizami” adlı onlayn dəyirmi masa keçirilib. Tədbir fakültə THİK-nin sədri Didar Salmanlı tərəfindən açıq elan edilərək, 2021-il yanvar ayının 5-də ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam bir daha iştirakçıların diqqətinə çatdırılmışdır. İlk olaraq Nizamişünas alim, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov çıxış edərək, Azərbaycanda və dünyada Nizamişünaslığın əsas problemləri, Nizami irsi üzərində aparılan tədqiqatların istiqamətləri, şairin əsərlərinin linqvo-poetik xüsusiyyətləri, Nizami şəxsiyyəti, onun əsərlərinin ideya-tematik əsasları haqqında ətraflı məlumat vermişdir. Sonra isə ardıcıl olaraq söz İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova, Ərəb filologiyası kafedrasının dosent Heybət Heybətov, sosial məsələlər üzrə dekan müavini Şahin Yusifli çıxış edərək, tələbələri Nizaminin həyat və yaradıcılığı, əsərlərinin bədii xüsusiyyətləri, “Xəmsə”yə daxil olan poemaların orjinallıq və təkrarsızlığını əsaslandıran məsələlər ətrafında geniş məlumat vermişlər. Çıxışlardan sonra tələbələr müxtəlif mövzular üzrə Nizaminin həyat və yaradıcılığından söz açmış, o cümlədən Nizamidən farsca orjinal şeirlər səsləndirməklə, görüşün əhəmiyyətini daha da artırmışlar. Çıxışlar bitdikdən sonra dəyirmi masa işini yekunlaşdırmışdır.

Bookmark and Share