Homeaz | en | ru

"Şərq filologiyası məsələləri" mövzusunda elmi konfrans

12/05/2015

8 may 2015- ci il tarixində Ümummilli lider Heydər Əliyevin 92 illiyinə həsr edilmiş Şərqşünaslıq fakültəsinin gənc alim və magistrantların "Şərq filologiyası məsələləri" mövzusunda elmi konfransı keçirilmişdir. Konfransın təşkilat komitəsi fakültə dekanı dosent E.Z.Əzizov, Ərəb filologiyası  kafedrasının müdiri  akademik V.M.Məmmədəliyev, İran filologiyası kafedrasının müdiri professor M.D.Kazımov, Türk filologiyası kafedrasının müdiri professor R.Ə.Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dosent O.B.Cəlilbəyli, fakültənin Elmi İşlər üzrə dekan müavini A.H.Yəhyayevdən ibarət olmuşdur.

Konfransda Ərəb filologiyası  kafedrasının dosentləri G.Mahmudova, K.Məmmədova, G.Qasimova, Türk filologiyası kafedrasının dosentləri Ş.Qədimova, A.Xəndan, H.Sadiqov, habelə Ərəb filologiyası,İran filologiyası, Türk filologiyası və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedralarının 24 magistri Yaxın Şərqin aktual məsələləri ilə bağlı maraqlı çıxışlarla iştirak etmişlər.

Bookmark and Share