Homeaz | en | ru

Türk filologiyası kafedrasının professoru Ərzincan şəhərində təşkil olunmuş beynəlxalq konfransda iştirak edb

25/10/2022

Türk filologiyası kafedrasının professoru  Rüstəmov Rüfət Əşrəf oğlu 9-13 oktyabr 2022-ci il tarixilərində Türkiyə Respublikasının Ərzincan şəhərində təşkil olunmuş “Uluslararası Türk Dünyası Simpoziumu”nda iştirak etmişdir. Professor Rufət Rüstəmov çıxışında “Türkiyə və Azərbaycanın mədəni əlaqələri və “Ortaq türkcənin oluşmasında ortaq alfabenin yeri” adlı məruzəsində milliyətcə Krım tatarı olan İsmail Kaspıralının dövrünün çox cəsur insanları kimi 100 il bundan əvvəl “Tərcüman” qəzeti ilə ad qazanması, həmin qəzet vasitəsilə ortaq türk yazı dilinin ünsiyyət vasitəsi olması fikrini irəli sürdüyünü qeyd etmişdir. Bu fikrin tərəfdarlarından birinin “Türkçülüyün əsasları”  əsərinin müəllifi olan Ziya Gökalpın dildə türkçülük ideyasını irəli sürərək ortaq ünsiyyət dilinin İstanbul türkcəsi oduğunu vurğulayan professor Rüfət Rüstəmov konfransda çıxışında ortaq ünsiyyət dili və əlifba məsələsi ilə əlaqədar öz fikrini söyləmiş, bütün        türkdilli respublikaların latın əlifbasına keçərək vahid bir əlifba yaranmasında müstəsna rolunun olacağını bildirmişdir.

 

 

 

Bookmark and Share