Homeaz | en | ru

Rektor Şərqşunaslıq fakültəsinin tələbələri ilə görüşüb

23/05/2014

Rektor Şərqşunaslıq fakültələrinin tələbələri ilə görüşüb 22/05/2014 BDU-nun rektoru, akademik Abel Məhərrəmov Şərqşünaslıq fakültəsinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Görüşdə tələbələrlə yanaşı, dekan və kafedra müdirləri də iştirak edib. Tələbələrin problemləri ilə maraqlanan, onların çoxsaylı suallarını cavablandıran rektor müəyyən tapşırıqlar verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb. Eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib

Bookmark and Share