Rektor ən yüksək bal toplamış tələbələri təbrik edib
16/09/201714 sentyabr 2017-ci il tarixində BDU-nun rektoru akademik A.M.Məhərrəmov 2017-2018-ci tədris ili üzrə Şərqşünaslıq fakültəsinə ən yüksək balla daxil olmuş tələbələri təbrik etmişdir. Tələbələrdən Əsilbəyli Mirzəli Regionşünaslıq (Yaponiya) ixtisası üzrə 555, Adımova Səbinə Filologiya (ərəb dili və ədəbiyyatı) ixtisası üzrə 672 bal toplayaraq dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmışdır.
