Homeaz | en | ru

“Regionşünaslıq (İsrail üzrə)” ixtisasının müəllim və tələbələri“Yom Ha Şoa”mərasimində

22/05/2019

Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (İsrail üzrə)” ixtisasının müəllim və tələbələri İsrail səfirliyinin dəvəti ilə 6 milyon Holokost qurbanının anım gününə həsr olunmuş “Yom Ha Şoa” mərasimində iştirak edib. Mərasimdə İsrail dövlətinin səfiri Dan Stav və səfirin müavini Avital Rozenberqin çıxışı dinlənilmiş, Ernst Bloh “Dua” əsərini ifa etmişdir. Tədbirdə yəhudi icmasının rəhbərləri də çıxış etmişlər. Mərasimdə Azərbaycanda fəaliyyət göstərən səfir və diplomatlar, yəhudi icmasının üzvləri, Azərbaycan Dillər Universitetinin tələbələri,  İsrail və ABŞ-dan qonaqlar iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share