Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının professorunun “Ərəb ədəbiyyatı. V-XIII əsərlər” dərsliyi işıq üzü görüb

19/04/2019

2019-ci ilin mart  ayında Ərəb filologiyası kafedrasının professoru  Aida Qasımovanın “Ərəb ədəbiyyatı. V-XIII əsərlər”  dərsliyi işıq üzü görmüşdür. Kitab BDU Şərqşünaslıq fakültəsinin Elmi Şurasının 22 iyun 2017-ci il tarixli iclasının qərarı və BDU rektorunun 18 yanvar 2019-cu il tarixli R-10 saylı əmri ilə magistratura pilləsi üçün Ərəb ədəbiyyatı fənni üzrə dərslik kimi təsdiq olunmuşdur.

Kitabda ərəb ədəbiyyatının son antik (Cahiliyyət), ilkin İslam, Əməvilər və Abbasilər dövrləri tam əhatə olunub. Hər bir dövrün ədəbiyyatından bəhs etməzdən əvvəl tarixi şəraitə nəzər salınıb, ədəbi proseslərə təsir etmiş ictimai-siyasi və ümumi mədəni durum öyrənilib. Səkkiz əsrlik bir dövrün ümumi mədəni və mənəvi mənzərəsini tam əks etdirmək üçün ədəbiyyatda dərin iz buraxmış dini-fəlsəfi cərəyanlara da xüsusi diqqət yetirilib.

Dərslikdə daim tədris edilən ənənəvi mövzularla yanaşı, indiyədək diqqətdən yayınan bəhslər və Mudrik əş-Şeybani, ibn Danyal, ibn Şərəf əl-Qayravani, ibn Sərrac, Ziryab kimi müəlliflər də yer alıb. Kitabda tədqiqata az cəlb olunan Məmluk ədəbiyyatı və Siciliyada ərəb ədəbiyyatı barədə də oçerklər verilib. Ədəbiyyat tarixi ilə yanaşı, ədəbi tənqid və poetika məsələlərinə, o cümlədən ərəb kalliqrafiyasına bölmələr həsr olunub.

 

 

 

 

Bookmark and Share