Ərəb filologiyası kafedrasının professoru müsabiqədə qalib olub
30/03/2019Bakı Dövlət Universitetində keçirilmiş və “Elm günü”nə həsr olunmuş müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Elm Günü”nün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib. BDU-nun “Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəliyi ilə birgə keçirdiyi müsabiqə haqqında məlumat verən rektor seçimlərdə “Web of Science” bazasından istifadə edilməklə yanaşı, yeni yanaşmanın tətbiq edildiyini, təbiət və humanitar elmlər sahəsində çalışan alimlərin elmi nailiyyətlərinə görə qalib olduğunu diqqətə çatdırıb.
Sonra qaliblər elan olunub. Humanitar elmlər üzrə Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının professoru Aidə Qasımova müsabiqənin qalibi olub. Professor Aidə Qasımovaya sertifikat təqdim edilib, gələcək elmi fəaliyyətində uğurlar arzulanıb.
