Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının professoru III Ümumrusiya elmi-praktik konfransında iştirak edib

28/10/2022

Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov Moskva Dövlət Beynəlxlq Münasibətlər İnstitutunun Yaxın və Orta Şərq ölkələri kafedrasının təşkilatçılığı  ilə keçirilən   X.K.Baranov adına “Ərəb filologiyasının aktual problemləri” III Ümumrusiya elmi-praktik   konfransda iştirak etmişdir. Professor Nəsrulla Məmmədov “Quran dilinin intellektual xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi çıxışda islamaqədərki poetik dilinin bəlağət xüsusiyyətlərinə toxunmuş, Quran dilinin mövcud olan bütün ədəbi nümunələrdən fərqli cəhətləri, o cümlədən Allah kəlamının çoxtərəfli, geniş və çoxmənalı ifadə gücünə malik olması nı qeyd etmişdir. Çıxışın sonunda məruzəçi ona ünvanlanan suallara cavab vermişdir.

 

Bookmark and Share