Ərəb filologiyası kafedrasının növbəti iclası keçirilib
28/04/2016Ərəb filologiyası kafedrasının 27 aprel 2016-cı il tarixli iclasında kafedranın dissertantı Şabani Minaabad Əhməd Qənnadın “Mütənəbbinin fars poeziyasına təsiri” adlı dissertasiyasının müzakirəsi keçirilmişdir. Kafedranın müdiri akademik V.Məmmədəliyev iclasın gündəliyindəki əsas məsələni iştirakçıların diqqətinə çatdırmışdır. İddiaçı dissertasiyası barədə geniş məlumat verdikdən sonra kafedra əməkdaşları dissertasiya haqqında öz rəy və fikirlərini bildirmişlər.
