Ərəb filologiyası kafedrasının növbəti iclası keçirilib
13/07/201811 iyul 2018 ci il tarixndə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının növbəti iclası keçirilmişdir. İclasda kafedranın dosenti Məmmədova Könül Əbülfəz qızının " Quran ecazı və ədəbi tənqid" adlı kitabı kafedra əməkdaşları tərəfindən müzakirə olunaraq çapa hazır olduğu hesab edilmişdir. Kitabda bir çox mühüm məsələlər, o cümlədən Quranda ecaz məsələsi, onun tarixinə dair baxışlar, eləcə də ədəbi tənqid ilə bağlı orta əsr müəlliflərinin baxışları, ədəbi tənqidin müasir ərəb ədəbiyyatında yeri və tədqiqat səviyyəsi araşdırılaraq oxuculara təqdim olunmuşdur. Kafedranın əməkdaşları yekdilliklə kitabın nəşrə hazır olduğunu bildirmiş və gənc alimə tədqiqatlarında yeni uğurlar diləmişlər.



