Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının növbəti iclası keçirilib

19/10/2015

16 oktyabr 2015-ci il tarixində Ərəb filologiyası kafedrasının növbəti  iclası keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri akademik Vasim Məmmədəliyev açaraq kafedra üzvlərini  salamlamış və onlara elmi fəaliyyətlərində və gələcək işlərində müvəffəqiyyət diləmişdir. İclasda kafedranin professorları Elxan Əzizov, Nəsrulla Məmmədov, Aida Qasımova, Xeyri ən-Nəşət, dosentlər Nərmin Sultanlı, Nərgiz Əfəndiyeva, Gülnur Mahmudova, Könül Məmmədova, Aytən Əlizadə və başqaları iştirak etmişlər. İclas zamanı kafedra üzrə yeni dərs ili üçün sillabusların və 2015/2016 -cı tədris ili üçün fənn-tədris proqramlarının müzakirəsi aparılmış və digər cari məsələlərə nəzər salınmışdır.

Bookmark and Share