Ərəb filologiyası kafedrasının müəllimlərinin “Ərəb dili” dərsliyi işıq üzü görüb
28/09/20182018-ci ilin sentyabr ayında Ərəb filologiyası kafedrasının müəllimləri - dosent Könül Əbülfəz qızı Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Təranə Əkrəm qızı Əkbərovanın Azərbaycan dilində “Ərəb dili” dərsliyi iüçüncü dəfə işıq üzü görmüşdür.
Oxuculara təqdim olunan dərslik iyirmi səkkiz dərsi əhatə edir. Dərslik tələbələrə ərəb dili qrammatikasının əsaslarını öyrətmək, ərəb dilində orta cətinliyə malik mətnləri lüğət vasitəsilə tərcümə etmək vərdişlərini aşılamaq məqsədi güdür. Bu kitab BDU-nun Şərqşünaslıq fakültəsinin fars, türk və ibri şöbələrində, eyni zamanda Tarix, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərslikdən ərəb dili mütəxəssisləri və geniş oxucu kütləsi də faydalana bilər.
