Homeaz | en | ru

Ərəb filologiyası ka­fed­ra­sı­nın müəllimləri “Pandemiya şəraitində ərəb dilinin tədrisi” adlı ve­bi­nar­larda iştirak ediblər

03/07/2020

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası ka­fed­ra­sı­nın müəllimləri - dosent Təranə Əkbərova və Xəyalə Mustafayeva 29 iyun-2 iyul 2020-ci il tarixlərində keçirilmiş “Pandemiya şəraitində ərəb dilinin tədrisi” adlı ve­bi­nar­larda iş­ti­rak etmişlər. Vebinarlar Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Ərəb Fi­lologiyası ka­fedrası tərəfindən təşkil olunmuşdur. Dünyanın bir çox ölkələrindən olan mü­tə­xəs­sis­lərin iştirakı ilə keçirilən bu vebinarlarda müxtəlif mövzularda seminarlar apa­­rılmış və mühazirələr oxunulmuşdur. Doktor Muhamməd Ammarinin (Kazan Fe­de­ral Uni­ver­si­te­ti) “Ərəbşünas tələbələr üçün danışıq praktikası”, dosent Larisa Çup­ri­qi­na­nın (Ru­siya-Ali İqtisad Məktəbi) “Ərəb dili üzrə tərcüməçi-sinxronistlərin ha­zır­lan­ma­sı”, dok­tor Mus­tafa Orabinin (Misir-Qahirə Universiteti) “Ərəb dilinin qeyri-ərəblərə təd­­ri­sin­dəki prob­lemlər”, doktor Cavad əl-Baydaninin (İraq-Bağdad Uni­ver­si­te­ti) “İraq­da qey­ri-ərəb­lərə ərəb dilinin tədrisi təcrübəsi”, dosent Emma Trentmanın (ABŞ-Nyu-Mex­­siko Uni­versiteti)-“Amerikada ərəb dilinin öyrənilməsi və beynəlxalq mə­dəni əla­qə­lər”, Sun­bul Sabitovanın (Kazan Federal Universiteti) “İnfoqrafika ərəb di­li­nin təd­ri­sin­­də bir va­si­tə kimi” mövzularında seminar və mühazirələri iştirakçılar tə­rə­fin­dən bö­yük ma­raq­la qarşılanmışdır. Habelə Qahirə Universitetinin professoru, doktor İman Ha­ri­di fəxri qo­naq kimi bu vebinarlarda məruzə ilə çıxış etmişdir. Seminarlar dis­kus­si­ya­lar ilə mü­şayət olunmuş, iştirakçılar məruzəçilərə mövzularla bağlı müxtəlif suallar ün­van­la­­mış­dır­lar. Pandemiya şəraitində ərəb dilinin onlayn tədrisində mü­əl­lim­lə­rin üz­ləş­diyi prob­­lem­lər də müzakirə obyekti olmuşdur, onların həlli ilə bağlı müxtəlif fi­kirlər səs­lən­di­­ril­miş­dir. Mütəxəssislər distant təhsil məsələsinə toxunaraq onun gə­lə­cə­yi ilə bağlı fi­kir­­lə­ri­ni bölüşmüşlər.



















Bookmark and Share