Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının müəllimi təlimdə məruzə ilə çıxış edib

14/03/2019

 

Ərəb filologiyası kafedrasının müəllimi, fil.ü.f.d. Kəmalə Musayeva "Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi" layihəsinin üçüncü təlimində məruzə ilə çıxış edib. Layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunub. Üçüncü təlimin mövzusu "Ərəb dilinin spesifik quruluşu: ləhcələr, Misir ləhcəsi nümunəsi" olub. Misir ləhcəsinin tədqiqçisi Kəmalə Musayeva Misir dialektinin fonetik, leksik, morfoloji xüsusiyyətləri haqqında iştirakçılara ətraflı məlumat verib. Təlim Azərbaycan Dillər Universitetinin əsas binasında keçirilib. Layihəyə tərəfdaş təşkilat Azərbaycan Ərəbşünaslar Şəbəkəsi olub.

Qeyd edək ki, layihənin əsas məqsədi ərəb dili üzrə tərcüməçi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan, bu sahədə təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənc ərəbdilli tərcüməçilərin biliklərinin artırılmasıdır.
























Bookmark and Share