Ərəb filologiyası kafedrasının müəllimi K.İ.Eyvazovanın ”XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı kitabı işıq üzü görüb
11/12/2019Ərəb filologiyası kafedrasının müəllimi f.ü.f.d.Eyvazova Könül İmran qızının müəllifi olduğu “XX əsrdə Azərbaycanda ərəb dilçiliyi” adlı monoqrafiya işıq üzü görmüşdür. Əsər görkəmli elm xadimimiz, Azərbaycanda XX əsrdə ərəbşünaslıq məktəbinin banisi Ələsgər Məmmədovun əziz xatirəsinə və anadan olmasının 100 illiyinə ithaf olunur. Monoqrafiya XX əsrdə Azərbaycanda ərəb dilçiliyinin inkişafının tədqiqinə həsr olunmuşdur. Əsər XX əsrdə ölkəmizdə ərəb dilçiliyinin təşəkkülü, onun inkişаf istiqamətlərinin müəyyən edilməsi, öyrənilməsi və bu elmin inkişafında xidmətləri olan alimlərimizin yaradıcılığının araşdırılması sahəsində ilk təşəbbüsdür. Kitabdan tələbələr, tədqiqatçılar, ümumiyyətlə, XX əsrdə Azərbaycanda yeni əsaslarla yaranıb inkişaf edən ərəb dilçilyi haqqında məlumat almaq istəyən hər kəs faydalana bilər.
