Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının müdiri Böyük Britaniyada konfransda iştirak edib

09/02/2017

 

Ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev “Azərbaycanı və Qafqazı öyrənən fond”un rəhbəri professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində konfransda iştirak etmək üçün Böyük Britaniyada səfərdə olmuşdur. Akademik Vasim Məmmədəliyev Londonda Oksford univesitetinin “Nizami Gəncəvi mərkəzi”ndə Azərbaycanın və Qafqazın öyrənilməsi sahəsində aparılan son tədqiqlərin təqdimat mərasimində çıxış etmişdir. O, Nizami Gəncəvi yaradıcılığı barəsində nitq söyləmişdir.  Tədbirdə “Nizami Gəncəvi fondu”nun Böyük Britaniya tərəfdən rəhbəri şərqşünas Robert Xoyland, Oksford univesiteti Şərqşünaslıq fakültəsinin professoru Edmunq Hensonq, Sithard Saksena, lord Malkolm Brus və b. çıxış etmişdir. Mərasimdə eyni zamanda AMEA-nın prezidenti akademik Akif Əlizadə, Azərbaycan tarixi muzeyinin direktoru akademik Nail Vəlixanlı, yazıçı Anar və digər ziyalılar da iştirak etmişdir.


Bookmark and Share