Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının dosenti Misirdə qeyri-ərəb dilli universitet mü­əl­­limləri üçün təşkil olunmuş təlim kur­sun­da iştirak edib

29/12/2019

Şərqşünaslıq Fakültəsinin Ərəb filologiyası kafedrasının dosenti Ək­bə­ro­va Təranə Əkrəm qızı Misir Xarici İşlər Nazirliyinin nəzdindəki Misir İnkişaf Tə­rəf­daşlığı Agent­liyinin  Qahirə Universitetinin Ərəb Dili İn­ki­şa­­fı və Tədrisi Mər­kə­zi­nin əməkdaşlığı ilə qeyri-ərəb dilli universitet mü­əl­­limləri üçün ərəb dilinin öy­rə­dil­məsi sahəsində təşkil olunan təlim kur­sun­da iştirak etmək üçün 24.11.2019-23.12.2019 tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində ezamiyyətdə olmuş­dur. Kurs Qahirə Universitetinin rektoru doktor Məhəmməd Osman əl-Xuşt, Mi­sir İnkişaf Tərəfdaşlığı Agentliyinin baş katibi cənab sə­fir Mahmud əl-Məğribi, Qa­hirə Universitetinin prorektoru doktor ­Mə­həm­məd Sami Abdus Sadiq, Pedoqoji Fa­kültənin dekanı  dok.İman Haridi və Qa­hirə Universitetinin Ərəb Dili İn­ki­şa­­fı və Təd­risi Mər­kəzinin müdiri dok. Xələf Abdul Mutinin rəhbərliyi altında fəaliyyət gös­tərmişdir. Bu təlim kur­sun­da Azərbaycandan olan nü­ma­yən­dələrlə yanaşı dün­ya­nın on öl­kə­sin­­­dən olan nümayəndə heyəti də iştirak etmışdır. 180 saatı əha­tə edən kurs ərzində xüsusi şəkildə qeyri-ərəblərə ərəb di­li­nin tədrisi sahəsində mövcud olan yeni metodikalar və onların tətbiqi ilə bağlı mühazirələrə üstünlük ve­rilmişdi. İn­foqrafika ilə bağlı mühazirələr xü­susi maraq doğurmuşdur. Habelə müxtəlif öl­kə­lər­dən olan nümayəndə he­yətləri qeyri-ərəblərə  ərəb dilinin tədrisi ilə bağlı öz təc­rü­bə və prak­ti­ka­­larını da paylaşmışlar. Səfər zamanı Qahirə Universiteti və onun mər­kəzi ki­­tabxanasına da ziyarət təş­kil olunub. Qahirə Universitetinin pro­rek­­to­ru doktor ­Mə­həm­məd Sami Ab­dus Sadiq şəxsən iştirakçılarla gö­rüş­müş­dü. Kurs ba­şa catdıqdan sonra iştirakçıların hər birinə sertifikatlar təqdim edilib. İstirahət gün­lərində Qahirənin tarixi yerlərinə ekskursiyalar təşkil edil­miş­, habelə Şarm əş-Şeyx və İsgəndəriyyə şəhərlərinə də səfərlər təş­kil olunmuşdur. Bu şəhərlərin  gör­məli yerləri, o cümlədən İs­gən­də­riy­yə ki­tab­xanası da ziyarət edilmişdir.

 

Bookmark and Share