Homeaz | en | ru

Ərəb filologiyası kafedrasının dosenti K.Məmmədovanın “Quran ecazı və ərəb ədəbi tənqidi” adlı monoqrafiyası işıq üzü görüb

17/09/2019

Monoqrafiyada ərəb filologiyası baxımından ən mühüm mövzulardan hesab olunan Quran ecazı və ərəb ədəbi tənqidi problemi araşdırılmış, Quranın ilk təfsirlərindən başlayaraq, orta əsr alimlərinin ən məşhur Quran təfsirlərinə qədər bir çox ciddi əsərlər təhlilə cəlb edilmiş, Allah kəlamının ərəb dilçiliyi və ədəbiyyatşünaslığının inkişafına təsiri məsələsi dərindən öyrənilmışdır. Əsərdə ümumilikdə ərəb ədəbiyyatşünaslığının, xüsusilə də ərəb ədəbi tənqidinin ilkin mərhələsinin nəzəri əsaslarının, qayda-qanunlarının, ölçü və normalarının müəyyənləşdirilməsində mühüm rolu olan “nizam nəzəriyyəsi” mövzusu tədqiq edilmiş, həmin məsələ ilə bağlı Quran ayələri, ərəb şifahi xalq ədəbiyyatı və poeziya nümunələrindən çoxlu sayda dəlillər gətirilmişdir. Şərqşünas, filoloq və ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitabdan doktorantlar, magistrlər, tələbələr və həmçinin geniş oxucu kütləsi də faydalana bilər

 

 

 

 

 

 

 

 

Bookmark and Share