Ərəb filologiyası kafedrasının dosenti K.Məmmədovanın “Cahiz yaradıcılığında ənənəvi ərəb qəsidə quruluşunun təhlili” adlı monoqrafiyası nəşr olunub
19/09/2019Monoqrafiyada Abbasilər dövrü ərəb ədəbi tənqidi sahəsində böyük xidmətləri olmuş Cahizin elmi və bədii yaradıcılığı, xüsusilə də onun ənənəvi ərəb qəsidə quruluşu üçün yaratdığı nəzəri əsaslar, qayda-qanunlar, norma və prinsiplər ilk dəfə olaraq kompleks şəkildə təhlilə cəlb edilmişdir. Ədibin orta əsr ərəb bədii söz sənətinin daxili və xarici strukturunu müəyyənləşdirmək məqsədilə müraciət etdiyi çoxlu sayda poetik nümunələr əsərdə öz əksini tapmışdır. Şərqşünas, filoloq və ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitabdan doktorantlar, magistrlər, tələbələr və həmçinin geniş oxucu kütləsi də faydalana bilər.
