Ərəb filologiyası kafedrası onlayn dərsləri davam etdirir
22/04/202001 aprel 2020-ci il tarixindən Ərəb filologiyası kafedrasının əməkdaşları tədrisi onlayn (məsafədən) formada həyata keçirir. Professor-müəllim heyəti hər gün dərs cədvəlinə müvafiq “Microsoft Teams” platforması vasitəsilə Azərbaycan və rus bölmələri üzrə “Ərəb dili”, “Ərəb ədəbiyyatı”, “Ərəb filologiyasına giriş”, “Tərcümə nəzəriyyəsi”, “Ərəb ölkələrinin etnoqrafiyası”, “Əlavə Şərq dili”, “Peşəkar tərcümənin əsasları”, “İbri dili”, “Yəhudi ədəbiyyatı” və sair fənlərdən aktiv dərsləri davam etdirir. Mühazirə, məşğələ və digər dərs materialları “Microsoft Teams” vasitəsilə tələbələrə ötürülür. Distant formada keçirilən dərslərin video qeydiyyatı aparılır.
