Ərəb dili mütəxəssisləri Səudiyyə Ərəbistanında təlimlərdə iştirak edib
22/02/2020Keçən il Səudiyyə Ərəbistanı Krallığında yerləşən Kral Abdulla ibn Əbdüləziz ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin və Bakı Avrasiya Universitetinin birlikdə təsis etdiyi Səudiyyə Ərəbistanı mərkəzi - Ərəbşünaslıq Mərkəzinin təşkilatçılığı və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) media dəstəyi ilə Azərbaycanın müxtəlif müəssisələrində fəaliyyət göstərən ərəb dili müəllimləri, elm adamları və jurnalistlərdən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib. Səfər çərçivəsində Azərbaycanlı mütəxəssislər Kral Əbdüləziz Universitetinin təşkil etdiyi "Ərəb dilinin tədrisində yeni metodlar" mövzusunda təlimlərdə iştirak edib və yerli mütəxəsislərlə öz təcrübələrini bölüşüblər. Bundan əlavə Azərbaycanı təmsil edən nümayəndə heyəti Kral Əbdüləziz Universiteti ilə yaxından tanış olub, kitabxana və bəzi institut və fakultələri ziyarət edib.Nümayəndə heyəti asudə vaxtlarda Ciddə şəhəri, xüsusi ilə tarixi əhəmiyyət kəsb edən abidə və ərazilərlə tanış olub. Təlimlərin sonunda isə Azərbaycan nümayəndə heyəti Kral Əbdüləziz Universitetinin rektoru ilə görüşüb və gələcəkdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Görüşün sonunda Kral Əbdüləziz Universitetinin rektoru azərbaycanlı mütəxəssisləri sertifikatla təltif edib. Ciddə şəhərində təlim və rəsmi görüşlər bitdikdən sonra nümayəndə heyəti Məkkə və Mədinə şəhərində müqəddəs məkanları ziyarət edib.
Qeyd edək ki, təlimdə Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin ərəb dili mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru Ülviyyə Hüseynova, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Eurasia Diary saytının ərəb dili redaksiyasının əməkdaşı ərəbşünas tərcüməçi jurnalist Həşim Məmmədov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb filologiyası kafedrasının dosenti Gülnur Mahmud, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov, Bakı Avrasiya Universiteti, Filologiya fakültəsinin dekanı Filologiya üzrə fəlsəfə doktoru dosent Salman Süleymanov, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının əməkdaşı Dəmir Süleymanov, Bakı İslam Universitetinin ərəb dili müəllimi Cəlil Məmmədov, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi isçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məcidova Fatma, Baki Avrasiya Universiteti, Azərbaycan Diller Universiteti və Azerbaycan İlahiyyat İnstitutunun dosenti Lalə Əliquliyeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı Aygün Mirzəyeva, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, Milli Elmlər Akademiyası, Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı Avrasiya Universitetinin Ərəb dili müəllimi Elnur Mustafayev, Şəms Tərcümə Xidmətləri Mərkəzinin direktoru, dissertant Nəsimi Həsənov və Bakı Avrasiya universitetinin ərəb dili müəlliməsi və Ərəbşünaslıq mərkəzinin mütəxəssisi Günay Xalıqova iştirak ediblər.
