Homeaz | en | ru

“İranla Azərbaycan Respublikasının mədəni-ədəbi əlaqələrində fars dilinin rolu və əhəmiyyəti” adlı konfrans keçirilib

30/10/2017

19 oktyabr 2017 -ci il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə görkəmli klassik fars şairi Hafiz Şirazinin anım günü münasibətilə “İranla Azərbaycan Respublikasının mədəni-ədəbi əlaqələrində fars dilinin rolu və əhəmiyyəti” adlı konfrans keçirilib. Həmin konfransda İran filologiyası kafedrasının müdiri prof. Mehdi Kazımov “H.Şirazi: dövrü və yaradıcılığı”, dekan müavini Cavanşir Məmmədzadə isə fars dilində “Fars dili və tarix” mövzularında məruzələrlə çıxış edib. Elmi-mədəni tədbirə İrandan gəlmiş nümayəndə heyətilə yanaşı respublikamızın görkəmli şərqşünasları, ziyalıları, və şairləri qatılmışdılar.

 

 

 

 

 

Bookmark and Share