İranin mədəniyyət naziri Bakıda
15/12/2014Dekabr ayinin 4 -də İranın mədəniyyət nazirinin müavini, İslami Əlaqələr təşkilatının sədri Abuzər İbrahimi Türkaman Bakı İran Mədəniyyət Mərkəzində Bakı Dövlət universiteti Şərqşünaslıq Fakültəsi İran filologiyası kafedrasının bir qrup müəllim heyətini qəbul etmişdir. Görüşdə fakültənin bakalavriat üzrə dekan müavini Cavanşir Məmmədzadə, professor Mehdi Kazımov, dosent Nüşabə Əlizadə və dosent Əsmətxanım Məmmədova iştirak etmişlər.
