Homeaz | en | ru

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri Şərqşünaslıq fakültəsində

05/07/2018

04 iyul 2018-ci il tarixində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri cənab Əsgər Farsi Şərqşünaslıq fakültəsində qonaq olub. Qonaqla kafedra müdiri prof. Mehdi Kazımov başda olmaqla İran filologiyası kafedrasında görüş keçirilib. Görüşdə Şərqşünaslıq fakültəsində fars dili və ədəbiyyatı, İranın mədəniyyət və incəsənət tarixi, İran etnoqrafiyası fənlərinin tədrisi, fars dili və ədəbiyyatı sahəsində aparılan elmi-tədqiqat işləri, dərslik və dərs vəsaitlərinin tərtibi və çapı, müəllim və tələbələrin müvəffəqiyyətləri və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə elmi sahədə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin İran filologiyası kafedrası ilə birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

 

 

 

Bookmark and Share