Homeaz | en | ru

İran filologiyası kafedrasının müəllimi Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülüb

05/01/2019

 

Şərqşünaslıq  fakültəsi İran filologiyası kafedrasının baş müəllimi Məmmədova İlhamə Həsən qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülüb. İlhamə Məmmədova 2005-ci ildə «Cəlaləddin Ruminin «Məsnəvi-ye mənəvi» əsəri İslam təsəvvüfünün əsas qaynaqlarından biri kimi» mövzusunda   fəlsəfə üzrə fəlsəfə doktorluğu üzrə dissertasiyanı müdafiə etmişdir.  2012-ci ildən DSX Akademiyasında Xarici dillər kafedrasının rəisi vəzifəsində çalışır. 18 elmi məqalə , 4 tədris proqramı, 1 dərslik və 1 monoqrafiyanın müəllifidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share