Homeaz | en | ru

“İran filologiyası məsələləri” toplusunun IV buraxılışı işıq üzü görüb

24/10/2018

 

Cari ilin oktyabr ayında İran filologiyası kafedrasının fars dili və ədəbiyyatının aktual problemlərinə həsr olunmuş “İran filologiyası məsələləri” toplusunun IV buraxılışı çap olunub. Topluda geniş tarixi dövrü əhatə edən və zəngin faktiki materiallara əsaslanan məqalələr çap olunub. Azərbaycanın iranşünas alimlərindən  prof. Mehdi Kazımov, prof. Şəfəq Əlibəyli, dos. Nüşabə Əlizadə, dos. M.H.Məmmədova, dos. Ə.B.Məmmədova, dos. L.H.Mahmudova və başqalarının, İranlı tədqiqatçılarından Təqi Purnamdariyan və Fərhad Dorudgəriyanın elmi məqalələri daxil edilib. Toplunun elmi redaktoru İran filologiyası kafedrasının müdiri prof. M.D.Kazımovdur.

 

Bookmark and Share