Homeaz | en | ru

İran filologiyası kafedrasının professoru rektor akademik Abel Məhərrəmov tərəfindən mükafatlandırılıb

16/12/2016

 

15 dekabr 2016-cı il tarixində Şərqşünaslıq fakültəsinin professoru Təhminə Zəkəriyyə qızı Rüstəmovanın 90 yaşının tamam olması münasibətilə rektor akademik Abel Məhərrəmov tərəfindən mükafatlandırılmışdır. Universitetin Böyük Elmi Şurasında yubilyara “Fəxri fərman” və gül dəstəsi təqdim edilmişdir. Rektor Təhminə xanıma ünvanlanan çoxsaylı xoş və səmimi təbriklərə ürəkdən qoşularaq, kollektivin dərin hörmət və rəğbətini qazanmış yubilyara can-sağlığı, səmərəli elmi və pedaqoji fəaliyyətində uğurlar arzulamışdır.

 

Bookmark and Share