İran filologiyası kafedrasının növbəti iclası keçirilib
17/10/201516 oktyabr 2015-ci il tarixində İran filologiyası kafedrasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri professor Mehdi Kazımov açaraq kafedra üzvlərini salamlamış və onlara elmi fəaliyyətlərində və gələcək işlərində müvəffəqiyyət diləmişdir. İclasda, Tədris -Metodiki Şuranın sədri dosent Ə.B.Məmmədova, habelə dosent M.Məmmədova, dosent N.Əlizadə və başqaları da çıxış etmiş, kafedra üzrə yeni dərs ili üçün sillabusların və 2015/2016 -cı tədris ili üçün fənn-tədris proqramlarının müzakirəsi aparılmış və kurs işlərinin mövzuları təsdiq olunmuşdur. Kurs işlərinin müdafiəsi üzrə komissiya heyətinin tərkibi kafedranın müdiri professor Mehdi Kazımov, fakültənin bakalavriat üzrə dekan müavini Cavanşir Məmmədzadə, dosent Mənzərə Məmmədova, f.ü.f.d. Mehman Tarverdiyev olmaqla müəyyən olunmuşdur.
