İran filologiyası kafedrasının növbəti iclası keçirilib
03/06/201501 iyun 2015-ci il tarixində İran filologiyası kafedrasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri professor Mehdi Kazımov açaraq kafedra üzvlərini salamlamış və onlara elmi fəaliyyətlərində və gələcək işlərində müvəffəqiyyət diləmişdir. İclasda, həmçinin kafedranin dosenti Leyla Mahmudovanın Fars dili kitabının da ilkin müzakirəsi keçirilərək, yüksək dəyərləndirilmiş və çap olunmağa layiq olduğu bildirilmışdir.
