Homeaz | en | ru

İran filologiyası kafedrasının növbəti iclası keçirilib

12/09/2015

09 sentyabr 2015-ci il tarixində İran filologiyası kafedrasının növbəti  iclası keçirilib. İclası giriş sözü ilə kafedranın müdiri professor Mehdi Kazımov açaraq kafedra üzvlərini  salamlamış və onlara elmi fəaliyyətlərində və gələcək işlərində müvəffəqiyyət diləmişdir. İclasda, Tədris -Metodiki  Şuranın sədri dos. Ə.B.Məmmədova, habelə dosent M.Məmmədova, dosent N.Əlizadə və başqaları da çıxış etmiş, kafedra üzrə dərs yükünün və 2015/2016 -cı tədris ili üçün fənn-tədris proqramlarının müzakirəsi aparılmış və kafedranın əməkdaşı, fakültənin bakalavriat üzrə dekan müavini Cavanşir Nadir oğlu Məmmədzadənin tələbə və müəllim heyətinin Təbriz Universitetində baş tutmuş təlim trenninqləri barədə ətraflı məruzəsi dinlənimişdir.

Bookmark and Share