İran filologiyası kafedrasının əməkdaşı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib
03/10/2016İran filologiyası kafedrasının əməkdaşı Nigar Şahmar qızı Babazadə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “XIX-XX əsr rus filoloqlarının əsərlərində fars ədəbiyyatı. Koqnitivizm aspekti” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Tədqiqat BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir. Dissertantın elmi rəhbərləri İran filologiyası kafedrasının müdiri f.e.d., prof. Mehdi Kazımov və f.e.d., prof. Naidə Məmmədxanova idi.
