İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov İran İslam Respublikasında keçirilmiş “Beynəlxalq fars dili” konfransında
11/03/201604-07 mart 2016 -cı il tarixlərində İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov İran İslam Respublikasının paytaxtı Tehran şəhərində təşkil olunmuş “Beynəlxalq fars dili” adlı konfransda iştirak etmişdir. O, həmin beynəlxalq tədbirdə Azərbaycan Respublikasında fars dilinin tədqiqi və tədrisinə dair geniş məruzə ilə çıxış etmişdir. Qeyd edək ki, “Beynəlxalq fars dili” konfransında Türkiyə, Rusiya, Çin, Yaponiya, Kanada, Hindistan, Rumıniya, Pakistan, Çexiya və sair ölkələrdən gəlmiş iranşünas alimlərin maraqlı məruzələri dinlənilmişdir.
