Homeaz | en | ru

İran filologiyası kafedrasının müdiri professor M.Kazımov Hindistanda beynəlxalq konfransda iştirak edib

08/06/2017

Şərqşünaslıq fakültəsi  İran filologiyası kafedrasının müdiri professor Mehdi Kazımov Hindistanın paytaxtı Dehli şəhərində Camee Eslami Universitetinin təşkilatçılığı ilə keçirilən “Hindistanda və Orta Asiyada sufizm” adlı beynəlxalq konfransda iştirak edib. O, beynəlxalq konfransın “Orta Asiya və Qafqazda sufi ənənələri” bölməsində “XI-XIII əsrlər fars dilli sufi nəsrinin üslubu” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Auditoriya tərəfindən böyük maraqla qarşılanan məruzə konfrans materiallarının xüsusi bölməsində çap edilib.


Bookmark and Share