Homeaz | en | ru

İran filologiyası kafedrasının dosentləri Respublika elmi konfransında

26/11/2016

24 noyabr  2016-cı il tarixində  İran filologiyası kafedrasının dosentləri Mənzərə Məmmədova və Əsmətxanım Məmmədova N.Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya mədəniyyəti” mövzusunda Respublika elmi konfransında məruzə ilə çıxış etmişdir. Konfransın plenar iclasında dosent Mənzərə Məmmədova “N.Gəncəvinin Azərbaycanın bəzi toponimləri haqqında qeydləri”, Əsmətxanım Məmmədova isə “Nizami əsərləri  klassik fars dilinin bugün unudulmuş səslərinin bərpası üçün misilsiz mənbədir” mövzularında məruzələrlə çıxış etmişdir. Qeyd edək ki, konfrans N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə keçirilmişdir.

 

 

 

 

 

 

 

 

Bookmark and Share