Homeaz | en | ru

İran filologiyası kafedrasının dosenti Rio-de-Janeyroda keçirilən beynəlxalq konfransda iştirak edib

27/03/2023

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova 13-15 mart 2023-cü ildə  Rio-de-Janeyroda (Braziliya) keçirilən  IV Latın Amerika Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransı”nda iştirak etmişdir. Şərqşünas alim konfransda “Nizami Gəncəvi “Xəmsə”sində nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr” adlı məruzə ilə çıxış etmişdir. Klassik irsimizin görkəmli nümayəndəsi, söz sənətinin zirvələr fatehi dahi Nizaminin həyat və yaradıcılığı  haqqında  geniş məlumatın da yer aldığı məruzədə şairin poetik nümunələrinin dil xüsusiyyətlərinə ümumi nəzər salınmış, bu əsərlərin dilçiliyin bütün sahələri üzrə tədqiqatçı alimlər üçün zəngin faktiki dil materialları mənbəyi olması vurğulanmışdır. “Xəmsə”nin sintaktik xüsusiyyətlərinin tədqiqi silsiləsindən nəticə budaq cümlələrinin bu əsərlərdəki  təzahür formaları, onların müxtəlif variantları, məruz qaldıqları dəyişikliklər (bağlayıcılar, baş və budaq cümlənin pozisiyası) kimi dilçilik baxımdan maraq doğuran mövzular dinləyicilərin də böyük marağına səbəb olmuşdur.

 

 

 

 

 

Bookmark and Share