İran filologiyası kafedrasının cari ilin yekunları ilə bağlı iclası keçirilib
12/12/2020İran filologiyası kafedrasının cari ilin yekunları ilə bağlı iclası keçirilib. 11 dekabr 2020-ci il tarixində İran filologiyası kafedrasının Teams platforması vasitəsi ilə cari ilin yekunları və imtahan proseduruna hazırlıqla bağlı ilin son kafedra iclası keçirilib. Kafedra iclası kafedra müdiri, professor Mehdi Kazımovun hesabat ilinin yekunları barədə olan çıxışı ilə başlamışdır. Çıxış zamanı cari ilin elmi nəticələri, elmi mərhələlərin icrası, aparılan tədqiqat işlərinin yeniliyi, perspektiv istiqamətləri, elmi nəşrlər, çap olunan dərslik və dərs vəsaitləri barədə geniş məsələlər müzakirə edilmiş, nəticələr kafedra üzvlərinin diqqətinə çatdırılmışdır. Kafedranın əməkdaşları növbəti il üzrə koordinator-müəllimlərin siyahısı ilə tanış olmuş, cari ildə diplom müdafiəsində iştirak edəcək tələbələrin rəhbərləri müəyyən edilmişdir. İmtahanlar barədə böyük Elmi Şuranın qərarlarının gözlənildiyi, prosedurun veriləcək müvafiq əmrin əsasında təşkil ediləcəyi vurğulanmışdır. İclas kafedra müdiri tərəfindən qapalı elan edilmişdir.
