Homeaz | en | ru

İran filologiyası kafedrasında təqdimat mərasimi keçirilib

12/04/2018

09 aprel 2018-ci il tarixində İran filologiyası kafedrasında “Azərbaycanca-farsca lüğət” in II cildinin təqdimat mərasimi keçirilib. “Azərbaycanca-farsca lüğət” in müəllifi İran filologiyası kafedrasının professoru Təhminə Rüstəmovadır. Kafedra müdiri prof. Mehdi Kazımov müəllifin “Azərbaycanca-farsca lüğət” i haqqında məlumat vermişdir. Mütəxəssis və tələbələrin ixtiyarına verilən lüğət 50 min söz tutumuna malikdir. Lüğətə akademik Vasim Məmmədəliyev ön söz yazıb. “Azərbaycanca-farsca lüğət” in II cildinin elmi redaktoru b/m. Ziyafət Məmmədova əsər barəsində ətraflı çıxış edib. İran filologiyası kafedrasının əməkdaşlarından dos. Əsmətxanım Məmmədova, dos. Leyla Mahmudova, b/m. Adil Yəhyayev və b. lüğətin əhəmiyyətindən geniş söz açmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share