Homeaz | en | ru

İran filologiyası kafedrasında təqdimat mərasimi keçirilib

09/12/2016

05 dekabr 2016-cı il tarixində İran filologiyası kafedrasında “Azərbaycanca-farsca lüğət” in I cildinin təqdimat mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə kafedra müdiri prof. Mehdi Kazımov açmışdır. “Azərbaycanca-farsca lüğət” in müəllifi İran filologiyası kafedrasının professoru Təhminə Rüstəmovadır. Mütəxəssis və tələbələrin ixtiyarına verilən lüğət müasir Azərbaycan dilində günün tələblərinə cavab verən 50 mindən artıq işlək sözü əhatə edir. Lüğətə akademik V.Məmmədəliyev ön söz yazmışdır. Mərasimdə iştirak edən müəllimlər lüğətin əhəmiyyət və dəyərindən geniş söz açmışdır.

 

Bookmark and Share