İran filologiyası kafedrasında filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasının müzakirəsi keçirilib
19/11/201812 noyabr 2018-ci il tarixində İran filologiyası kafedrasının baş müəllimi, dissertant Cavanşir Nadir oğlu Məmmədzadənin 5718.01 - Dünya ədəbiyyatı (fars ədəbiyyatı) ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İranda “Yeni şeir”in inkişafında Foruğ Fərruxzadın rolu” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Tədqiqat işi BDU-nun Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasında yerinə yetirilib. Dissertantın elmi rəhbəri İran filologiyası kafedrasının müdiri f.ü.e.d., professor Mehdi Davud oğlu Kazımov, rəsmi rəyçiləri f.ü.e.d., professor Sənan Məmmədəli oğlu İbrahimov və f.ü.f.d., dosent Nüşabə Məmməd Mübariz qızı Əlizadə olub.
