Homeaz | en | ru

İran filologiyası kafedrasında filologiya elmləri doktorluq dissertasiyasının müzakirəsi keçirilib

04/12/2015

İran filologiyası kafedrasının 24 noyabr 2015-ci il tarixli iclasında kafedranın dosenti Məmmədova Mənzərə Həsən qızının “Nizami Gəncəvi dilinin leksik üslubu” adlı doktorluq dissertasiyasının müzakirəsi keçirilmişdir. İran filologiyası kafedrasının müdiri prof. M.D.Kazımov iclasın gündəliyindəki əsas məsələni iştirakçıların diqqətinə çatdırmışdır. İddiaçı doktorluq dissertasiyası barədə geniş məlumat verdikdən sonra kafedra əməkdaşları doktorluq dissertasiyası haqqında öz rəy və fikirlərini bildirmişlər. Doktorluq dissertasiyasının müzakirəsində Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini prof. Paşa Kərimli və AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun “Dil tarixi” şöbəsinin aparıcı elmi işçisi prof. Sevil Mehdiyeva da iştirak etmişdir

Bookmark and Share