Homeaz | en | ru

İran filologiyası kafedrası üzrə buraxılış işlərinin ilkin müzakirəsi keçirilib

25/06/2017

 

14 iyun 2017 -ci il tarixində İran filologiyası kafedrası üzrə buraxılış işlərinin ilkin müzakirəsi keçirilib. İclası giriş sözü ilə kafedra müdiri professor Mehdi Kazımov açaraq, buraxılış işi və onun qiymətləndirmə meyarları haqqında “Əsasnamə” və diplom işlərinin tərtibi qaydaları barədə danışmışdır. 2016-2017-ci tədris ilində  İran filologiyası kafedrası üzrə 7 nəfər dörüdüncü kurs tələbəsinin elmi-tədqiqat işlərinin ilkin müzakirəsi keçirilib. Müzakirələrdə tələbələrin elmi rəhbər və rəyçilərinin buraxılış işləri barədə fikirləri dinlənilmişdir. Tələbələrdən G.Ağayeva “Müasir fars dilində tabesiz mürəkkəb cümlələr”, P.Şükürova “N.Yuşic “Yeni şeir”in banisi kimi”, M.Kuzmina “S.Daneşvərin “Savuşun” romanı”, L.Rzayeva “Ə.Nuşinin həyat və yaradıcılığı”, S.Lətifov “Fars dilində təktərkibli cümlələr” və s. mövzularda çıxış etmişlər. İclasın sonunda yaradılmış komissiyasının yekun qərarı əsasında hər bir tələbənin buraxılış işi əlli ballıq sistem əsasında qiymətləndirilmişdir. Komissiyanın fəaliyyətində fakültə dekanı prof. E.Əzizov və bakalavriatura üzrə dekan müavini C.Məmmədzadə də iştirak etmişdir.

 

 

 

Bookmark and Share