Homeaz | en | ru

İran filologiyası kafedrası onlayn dərsləri davam etdirir

08/05/2020

 

01 aprel 2020-ci il tarixindən İran filologiyası kafedrasının əməkdaşları tədrisi onlayn (məsafədən) formada həyata keçirir. Professor-müəllim heyəti hər gün dərs cədvəlinə uyğun “Microsoft Teams” platforması vasitəsilə Azərbaycan və rus bölmələri üzrə “Fars dili”, “Fars ədəbiyyatı”, “İran filologiyasına giriş”, “Tərcümə nəzəriyyəsi”, “İran etnoqrafiyası”, “Əlavə Şərq dili”, “Peşəkar tərcümənin əsasları”, “Urdu dili” və digər fənlərdən aktiv dərsləri davam etdirir. Mühazirə, məşğələ və digər dərs materialları “Microsoft Teams” vasitəsilə tələbələrə ötürülür. Distant formada keçirilən dərslərin video qeydiyyatı aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share