Homeaz | en | ru

Qazaxıstanın Yessenov Universitetinin professoru ilə görüş keçirilib

30/06/2022

Şərqşünaslıq fakültəsində Qazaxstanın Yessenov Universitetinin Turizm və Dil Fakültəsinin Qazax Dili və Ədəbiyyatı kafedrasının professoru Bibiayşə Nurdouletova, “Mangistau TV” kanalının müxbiri Aissara Nurzxanova, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Beynəlxalq əlaqələr və təhsil şöbəsinin müdiri Səfər Aşurov və Numizmatika və Epiqrafika şöbəsinin müdiri, elmi katib Akif Quliyev ilə görüş keçirilmişdir. Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə iştirak etmişdirlər. İlk öncə şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Bakı Dövlət Universitetinin tarixi və xüsusilə də Şərqşünaslıq fakültəsi haqqında ətraflı məlumat vermişdir.

Görüşdə universitetlər və fakültələr arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminarların, ustad dərslərin, online dərslərin təşkili, birgə layihələrin həyata keçirilməsi, xüsusilə də türk dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Hər iki tərəf şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmişdir.
Bookmark and Share