Homeaz | en | ru

Qahirə Universitetinin professoru Şərqşünaslıq fakültəsində

01/02/2017

Misir Ərəb Respublikasının Qahirə Universitetinin professoru, tanınmış ədəbiyyatşünas Əhməd Dərviş Şərqşünaslıq fakültəsində olub. Misirli qonaqlar dekan, professor Elxan Əzizov, Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə görüşüb. Professor Elxan Əzizov Əhməd Dərvişin elmi-pedaqoji fəaliyyəti, elmi əsərləri, ərəb ədəbiyyatşünaslığına dair apardığı araşdırmalar haqqında məlumat verib. Daha sonra misirli ədəbiyyatşünasın ərəb ədəbiyyatının dövrləri və əsas nəzəri məsələləri barədə məzmunlu məruzəsi dinlənilib. Görüş azərbaycanlı ərəbşünasların fikir mübadiləsi və tələbələrin sualları ilə yekunlaşıb.

 

Bookmark and Share