Homeaz | en | ru

Misirli xəttat Şərqşünaslıq fakültəsində mühazirə oxuyub

01/02/2017

16 yanvar 2016 -cı il tarixində Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi, ərəb xəttatlığı üzrə mütəxəssis Əşrəf Əhməd Übeyd Şərqşünaslıq fakültəsində qonaq olmuşdur. Misirli xəttat fakültə dekanı prof. Elxan Əzizov başda olmaqla Ərəb filologiyası kafedrasının professor-müəllim heyəti və ərəb ölkələri üzrə regionşünaslıq ixtisasının tələbələri ilə görüşmüşdür. Prof. Elxan Əzizov Əşrəf Əhməd Übeydin təhsili, hüquqşünas və professional xəttat kimi  fəaliyyəti, xarici ölkələrdə təşkil olunan xəttatlıq sərgiləri və xəttatlığa dair oxuduğu mühazirələr barədə iştirakçıları məlumatlandırmışdır. Daha sonra misirli xəttat təqdim etdiyi əl işləri haqqında iştirakçıları məlumatlandırmış, ərəb xətlərinin növləri, ərəb yazı üsullarından geniş şəkildə danışmışdır. Tədbirin sonunda Əşrəf Əhməd Übeyd diqqətə və səmimi qəbula görə fakültə rəhbərliyinə öz dərin minnətdarlığını ifadə etmişdir.

 

 

 

Bookmark and Share