Homeaz | en | ru

Professor Mehdi Kazımov daha bir uğura imza atıb

13/12/2016

01 dekabr 2016-cı il tarixində Moskva şəhərində Xarici ədəbiyyat kitabxanasının böyük zalında “İlin kitabı: Rusdilli məkanda İslam və İran” birinci beynəlxalq müsabiqəsinin laureatlarının mükafatlandırılmasına həsr olunmuş tənətənəli toplantı keçirildi.  Müsabiqədə MDB ölkələrinin bütün şərqşnüaslıq mərkəzlərindən təqribən yüz elmi iş təqdim olunmuşdu. Müsabiqə Rusiya və İranın bir sıra elm və mədəniyyət mərkəzləri tərəfindən təşkil olunmuşdu. Onların sırasına Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyasının İctimai elmlər üzrə elmi informasiya İnstitutu, İslam tədqiqatları fondu, Beynəlxalq iranşünaslıq fondu, İran kitab evi, Rusiyada İRR səfirliyinin nəzdində İran mədəniyyət mərkəzi daxil idi. Məşhur İran və Rusiya şərqşünaslarının daxil olduğu nüfuzlu münsiflər heyətinə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru görkəmli alim-ərəbşünas akademik V.V. Naumkin rəhbərlik edirdi. Münsiflər təqdim olunmuş bütün əsərlərdən 35 kitabı iki nominasiya: İran və İslam üzrə seçmişdilər. İran nominasiyasında azərbaycanlı alim, tanınmış şərqşünasq-iranşünas, BDU İran filologiyası kafedrasının müdiri, f.ü.e.d., prof. Mehdi Kazımovun kitabı fəxri üçüncü yeri tutdu. Kitab tutarlı və möhtəşəm sufi mənbələrindən biri “Mirsad ul-ibad min əl-məbdə ilə-l-ibad”ın (“Allah bəndələrinin başlanğıcdan qayıdışa yolu”)  şərhli tərcüməsini əhatə edir. 1223-cü ildə yazılmış bu əsər tezliklə sufilər arasında, savadlı dairələrdə məşhurluq qazanmışdı. Kitab beş fəsil, 40 hissədən ibarətdir ki, sufizmin nəzəri və praktik məsələlərinə həsr olunmuşdur.

Çoxsaylı məşhur Rusiya və İran elmi dairələrinin məşhur nümayəndələri, mütəxəssislərin iştirak etdiyi toplantı maraqlı və yaradıcı atmosferdə keçirildi. Gələcəkdə bu müsabiqənin davamlı keçirilməsi nəzərdə tutulur.

Bookmark and Share