Homeaz | en | ru

Payız imtahan sessiyasına hazırlıq məqsədilə Şərqşünaslıq fakültəsinin I kurs tələbələri ilə iclas keçirilib

05/01/2017

 

28 dekabr 2016 -cı il tarixində tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadənin sədrliyi ilə payız imtahan sessiyasına hazırlıq məqsədilə I kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşdə fakültənin Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, Pakistan, İsrail, Yaponiya, Çin və Koreya üzrə) və Filologiya (Şərq dili və ədəbiyyatı) ixtisaslarının bütün tələbələri iştirak etmişdir. Dekan müavini C. Məmmədzadə əvvəlcə tələbələri Rektorun “2016-cı il payız imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq əmrinin bir sıra bəndləri ilə tələbələri tanış etmişdir. Daha sonra imtahanların təşkili, keçirilməsi, imtahan prosesinin gedişatı, imtahan suallarının cavablandırılması (nəzəri və texniki məsələlər), fənn proqramlarından istifadə, imtahan yazı işlərinin qiymətləndilməsi, qiymətləndilmə meyarları, appelyasiya komissiyalarının fəaliyyəti, appelyasiya komissiyalarına müraciət və s. məsələlər barədə tələbələr təlimatlandırılmışdır. İclas tələbələrin müxtəlif səpkili suallarının cavablandırılması ilə yekunlaşmışdır.






































Bookmark and Share