Homeaz | en | ru

Pakistanın universitetlərinin alimləri Şərqşünaslıq fakultəsinin qonağı olublar

24/06/2022

Pakistanın Lahor Dövlət Kollec Universiteti və Pəncab Universitetinin alimləri Almaz Xanum və Faiza Bəşir Şərqşünaslıq fakultəsinin qonağı olublar. Görüş əsnasında qonaqlara urdu dili şöbəsinin fəaliyyətə başlamasının iyrimi illiyi münasibətilə keçirilən elmi-praktik konfrans barədə, habelə, urdu dili şöbəsinin fəaliyyətə başladığı gündən indiyə qədər bu sahədə görülmüş işlər, elmi-pedaqoji fəaliyyət və yazılıb nəşr olunmuş dərsliklər, dərs vəsaitləri haqqında məlumat verilmişdir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycanda urdu dili şöbəsinin fəaliyyəti iki dost və qardaş dövlət olan Azərbaycan-Pakistan münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verməkdədir.









Bookmark and Share