Homeaz | en | ru

Pakistanın Muslim İnstitutunun baş elmi işçisi Şərqşünaslıq fakültəsində mühazirə oxuyub

23/05/2022

Pakistanın Muslim İnstitutunun baş elmi işçisi Asif Avan Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Azərbaycan-Pakistan münasibətləri: keçmişdən bugünə” mövzusunda mühazirə oxumuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın müstəqilliyini tanıyan və Bakıda ilk səfirliyini açan ikinci dövlətin Pakistan İslam Respublikasının olduğunu deyən məruzəçi hər zaman Pakistanın Azərbaycanın yanında olduğunu qeyd edərək Qarabağ münaqişəsinə görə Ermənistanı bir dövlət kimi tanımadığını qeyd etmişdir. Pakistanın Xocalı soyqırımını tanıması və Xocalıya ədalət kampaniyasında fəal iştirak etdiyini, Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq səviyyəsinə çatmasında Azərbaycanın ümummilli ilideri Heydər Əliyevin xüsusi rolunu olduğunu dinləyicilərin diqqətinə çatdırmışdır. Tədbirdə fakültənin dekanı Aydan Xəndan, dekan müavinləri Şahin Yusifli, Nigar İsmayılzadə və urdu dili müəllimi Eldost İbrahimov iştirak etmişlər. Mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanmış, və natiq tələbələrin suallarını cavablandırmışdır. Sonda qonağa Eldost İbrahimovun müəllif olduğu “Azərbaycanca-urduca danışıq kitabçası”, Urdu dili A1 dərs kitabları hədiyyə edilmişdir.

 

 

Bookmark and Share